...

Ermənistan silahlı qüvvələri altı istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2011 10:22 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri altı istiqamətdə atəşkəs rejimini pozub. Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan silahlı qüvvələri altı istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələri altı istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 30-da saat 18:30-dan 18:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 18:35-dən 18:45-dək Ermənistanın Noyenberyan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Erməni hərbçilər həmin gün saat 18:55-dən 19:10-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi, saat 18:20-dən 18:35-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Alıxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 18:55-dən 19:10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22:38-dən 23:10-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və iri çaplı pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti