...

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub - Azərbaycan Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2011 11:23 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub - Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 1-də saat 11:40-dan 12:40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13:10-dan 13:40-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Sonra saat 12:05-dən 12:15-dək və aprelin 2-də saat 00:10-dan 00:25-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerlələş mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti