...

Ermənilərin Fariz Bədəlovu qətlə yetirməsi ilə bağlı cinayət işinin istintaq materialları ATƏT həmsədrlərinə təqdim olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2011 16:17 (UTC +04:00)
Trend-in bölgə müxbirinin məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Respublika Prokurorluğunun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov bildirib.
Ermənilərin Fariz Bədəlovu qətlə yetirməsi ilə bağlı cinayət işinin istintaq materialları ATƏT həmsədrlərinə təqdim olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bərdə, 13 aprel /Trend, müxbir Ş.Cəliloğlu/

Ağdam rayonunun Orta Qərvənd kəndində erməni snayperi tərəfindən 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaq materialları ATƏT-in həmsədrlərinə təqdim olunub.

Trend-in bölgə müxbirinin məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Respublika Prokurorluğunun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov bildirib.

İdarə rəisi bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Abbasov istintaq materiallarının tərcümə olunaraq ATƏT-in həmsədrlərinə təqdim olunduğunu deyib.

Ermənistan Silahlı Qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Xəbər lenti

Xəbər lenti