...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi üç istiqamətdə pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2011 09:54 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, düşmən hərbçiləri aprelin 13-də saat 08.30-dan 08.35-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 08.35-dən 08.40-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi üç istiqamətdə pozub

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi üç istiqamətdə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, düşmən hərbçiləri aprelin 13-də saat 08.30-dan 08.35-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 08.35-dən 08.40-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 14-də saat 00.10-dan 00.16-dək və 01.10-dan 01.15-dək Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti