...

Aprelin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək - Minsk qrupunun həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2011 10:32 (UTC +04:00)
Aprelin sonunadək Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində görüş keçiirləcək. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib.
Aprelin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək - Minsk qrupunun həmsədri

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Aprelin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib.

"Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların növbəti raundu cari ilin yayında keçirilə bilər", - Popov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında "2+1" formatında danışıqlar səmərəlidir və gələcəkdə davam etdirilməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti