...

Soçi görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş müşahidə edilir - Metyu Brayza

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2011 20:33 (UTC +04:00)
Soçi görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş müşahidə edilir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.
Soçi görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş müşahidə edilir - Metyu Brayza

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Soçi görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş müşahidə edilir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.

"Bu gün münaqişə tərəflərinin xarici işlər nazirləri bu məsələ ilə ciddi şəkildə məşğul olurlar və güman edirəm ki, prezidentlər addım-addım Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olacaqlar", - Brayza qeyd edib.

ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirlərinin Gürcüstanda görüşləri ilə bağlı səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, regional təhlükəsizlik məsələləri müzakirə olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti