...

ATƏT-in Minsk grupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının indiki mərhələsində özünü effektiv sayır - həmsədirlər (YENILƏNIB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyun 2011 20:45 (UTC +04:00)

Həmsədirlərin sözləri əlavə olunub ( ilk xəbər saat 19:37-də yayılıb)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir A.Qasımova/

ATƏT-in Minsk grupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının indiki mərhələsində özünü effektiv sayır - ATƏT-in MQ amerikali həmsədri Robert Bradtke deyib.

ATƏT-in MQ formatı lazımı qədər çevikdir və regionda olan bütün dəyişikliklərə cəld reaksiya verməyi bacarır, bunu Bradtke Avroparlamentin dinləmələrində çərşənbə günü söyləyib.Onun sözlərinə görə, münaqişənin nizamlanmasında gələcəkdədə Avropa Şurasının böyük rolu olacaq.

Fransalı həmsədir Bernar Fasyenin sözlərinə görə, Aİ-nin bu münaqişədə rolu həlledicidir. "Aİ-nin rolu ən azından iki ölkənin vətəndaş cəmiyyətinin hazırlanmasıdır"- Fasye deyib.

Onun sözlərinə görə, Dovildəki bəyanatda Minsk Qrupu həmsədirlərlərin dövlət başçıları tərəfləri Baza prinisiplərinin qəbul olunması üçün "həlledici addımlar" atmağa çağırdılar.
Həmsədirlərin işlərinin effektivliyindən danışarkən, amerikalı həmsədir söyləyib ki, " bizim ən əsas nailiyitəmiz yeni müharibənin qarşısının alınmasıdır"

"Baza prinsipləri yaxın zamanda qəbul edilməsə, həmsədirlər yeni konsepsiya ilə çıxış etməyə məcbur olacaqlar", - Fasye deyib.

O həmdə vurğulayıb ki, həmsədirlər irəliləyişin 2009-cu ildə nail olunmasını gözləyirdilər və "bu səbəbdən də də Minsk Qrup-həmsədirlərinin prezidentləri əsas prinsiplərin dərc olunmasını öz öhdəliklərinə götürmüşdülər".

"Beləliklə, biz bu gün Qarabağ münaqişəsinin nizamlanmasının üçüncü dövrünün sonuna yaxınlaşmışıq" diplomat söylədi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti