...

NATO Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlıların tərkibində mümkün iştirakını müzakirə etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2011 17:29 (UTC +04:00)
NATO baş katibi köməkçisinin müavini Ceymi Şi deyib ki, alyans qarşısına ATƏT-in Minsk qrupunu əvəz etmək məqsədini qoymur və Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatlarda özünün mümkün hipotetik iştirakını müzakirə etməyə hazır deyil.
NATO Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlıların tərkibində mümkün iştirakını müzakirə etmir

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.Tariverdiyeva/

NATO baş katibi köməkçisinin müavini Ceymi Şi deyib ki, alyans qarşısına ATƏT-in Minsk qrupunu əvəz etmək məqsədini qoymur və Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatlarda özünün mümkün hipotetik iştirakını müzakirə etməyə hazır deyil.

Trend-in məlumatına görə, bu barədə Şi çərşənbə axşamı NATO-nun Ermənistandakı İnformasiya Mərkəzində alyansın mənzil-qərargahı ilə tele-körpü zamanı deyib. Məlumatı "Medimaks" yayıb.

Onun sözlərinə görə, NATO-nun sülhməramlı əməliyyatlarda mümkün iştirakını müzakirə etmək üçün bir sıra komponentlər olmalıdır: müanqişə tərəflərinin bununla bağlı müraciət etmələri, müvafiq beynəlxalq mandatın olması, NATO iştirakçı ölkələrinin belə əməliyyatda iştiraka razılığı.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti