Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir S.Ağayeva/
BMT-yə üzv dövlətlər Azərbaycanın fəaliyyət sahəsi və öz müqəddəratını təyin etmə subyektləri, eləcə də ərazi iddialarına və suveren dövlətlərə qarşı qeyri-qanuni güc tətbiqinə bəraət qazandırılması üçün öz müqəddəratını təyin etmə prinsipinin şərh edilməsinin yolverilməzliyi məsələsi ilə bağlı mövqeyini dəstəkləyiblər.
BMT Baş Assambleyasının çərşənbə günü keçirilən 65-ci sessiyasında "Mübahisələrin dinc yolla tənzimlənməsində, münaqişələrin qarşısının alınmasında və həllində vasitəçilik rolunun möhkəmləndirilməsi" qətnaməsi yekdilliklə qəbul edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin məlumatında deyilir.
Müvafiq layihənin irəli sürülməsinə bu ilin əvvəlində "Vasitəçiliyin dostları qrupu" tərəfindən təşəbbüs göstərilib. Onun tərkibinə BMT-yə üzv olan müxtəlif dövlətlər daxildir. Azərbaycan danışıqlar prosesində fəal iştirak edib və qətnamənin həmmüəllifi olub.
Məlumatda deyilir ki, maraqlıdır ki, qətnamə üzrə konsensusa qoşulmaqdan imtina edən yeganə ölkə Ermənistan olub. Bu barədə Baş Assambleyanın plenar iclası zamanı Ermənistanın BMT yanında daimi nümayəndəsi bəyan edib. Bu mövqe onunla izah edilir ki, erməni diplomatların uzunmüddətli danışıqlar zamanı qətnamənin mətninə dövlətlərin ərazi bütövlüyü prinsipinin daxil edilməsinin qarşısını almaq üçün göstərilən səyləri puça çıxıb. Bu alınmayanda isə onun prioritet əhəmiyyəti xalqların öz müqəddəratını təyin etməsi haqqında formula dəyişikliklər edilməsi yolu ilə şübhə altına alınıb.
BMT Baş Assambleyası qəbul etdiyi qətnamə ilə bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmətini bir daha təsdiq edib. Bundan başqa, o da qəbul edilib ki, vasitəçiliyin məsuliyyətinin və layiqli etimadının təmini üçün xüsusilə milli suverenliyə hörmət və dövlətlərin beynəlxalq hüquq üzrə öhdəliklərinə əməl etməsi tələb olunur.
BMT-yə üzv dövlətlər Ermənistan nümayəndə heyətinin xalqların öz müqəddəratını təyin etməsi məsələsi ilə bağlı əsassız arqumentlərini rədd ediblər və onun mütəmləkə hakimiyyəti və ya xarici işğal altında olan xalqlar üçün tətbiqini təsdiq ediblər. Beləliklə, Azərbaycanın fəaliyyət sahəsi və öz müqəddəratını təyin etmə subyektləri, eləcə də ərazi iddialarına və suveren dövlətlərə qarşı qeyri-qanuni güc tətbiqinə bəraət qazandırılması üçün prinsipin şərh edilməsinin yolverilməzliyi ilə bağlı mövqeyi əhəmiyyətli dəstək qazanıb. Bundan başqa, beynəlxalq səviyyədə qəbul edilib ki, Azərbaycan əraziləri işğal altındadır və Ermənistan bu vəziyyətin yaradılmasına və qorunmasına fəal surətdə cəlb edilib. Deməli, Baş Assambleyanın vasitəçilik rolunun möhkəmləndirilməsi məsələsi barədə qətnaməsi bir daha təsdiq edib ki, ərazisinin bir hissəsi qonşu dövlət tərəfindən işğal edilən Azərbaycanın xalqının öz müqqəddəratını təyinetmə hüququ pozulub.
"O fakt da diqqəti cəlb edir ki, Baş Assambleya mübahisələrin dinc yolla tənzimlənməsi, münaqişələrin qarşısının o cümlədən vasitəçilik yolu ilə alınması və onların həllinə aid məsələlər üzrə özünün əvvəlki qətnamələrinə tam aydın şəkildə istinad edib", - məlumatda deyilir.
Bu müddəa sözsüz ki, BMT Baş Assambeyasının 62-ci sessiyasının qəbul etdiyi 62/243 saylı "Azərbaycanın işağl edilmiş ərazilərində vəziyyət" qətnaməsini də nəzərdə tutur. Məlum olduğu kimi, bu qətnamədə Assambleya Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəyişməz hörmət və dəstəyini bildirib, bütün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib, eləcə də beynəlxalq vasitəçilik səylərinə öz dəstəyini bildirib. Nümayəndəliyin məlumatında qeyd olunub.
Ermənistan nümayəndə heyətinin vasitəçilik rolunun möhkəmləndirilməsi barədə qətnaməyə beynəlxalq hüquq prinsiplərinə dair bir sıra mühüm dəqiqləşdirilmiş müddəaların əlavə edilməsi ilə bağlı göz qabağında olan uğursuzluğu onların gizlədə bilmədikləri əsəbi davranışlarına və Baş Assambleyanın plenar iclasında qeyri-adekvat iradlarına səbəb olub.
BMT yanında Azərbaycanın daimi nümayəndəsinin qətnamənin dəstəklənməsi ilə bağlı çıxışını pozmaq üçün göstərilən səylər əksər nümayəndə heyətlərinin haqlı narazılığına səbəb olub. Onlar Ermənistanın qeyri-konstuktiv və antidemokratik əməllərindən hiddətləndiklərini bildiriblər.
Başlıca nətiəcə isə heç şübhəsiz ki, MBT Baş Assambleyasında mühüm qətnamənin Azərbaycan tərəfindən tam dəstəklənməsi və Ermənistanın mövqeyinin tam təcrid edilməsi olub.
"Rəsmi Yerevanın onun üçün həyati əhəmiyyətli məsələlər üzrə "vüqarlı" tənhalığı, vasitəçilik səylərinin fəallaşdırılması və Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimlənməsi üzrə danışıqların növbəti raundu nəzərə alındıqda, xüsusilə diqqətəlayiqdir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.