...

Türkiyənin xarici işlər naziri və ABŞ dövlət katibi Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2011 10:22 (UTC +04:00)
Əhməd Davudoğlu və Hillari Klinton Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.
Türkiyənin xarici işlər naziri və ABŞ dövlət katibi Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və ABŞ dövlət katibi Hillari Klinton Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə "Star" qəzeti yazır.

Tərəflər Qafqazdakı vəziyyəti, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını ətraflı şəkildə müzakirə ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti