...

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rol oynayacaq - Allahşükür Paşazadə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2011 11:42 (UTC +04:00)
Türkiyə Dağlıq Qarabağ məsələsinin həllində mühüm rol oynayacaq. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Türkiyəyə səfəri zamanı jurnalistlərə bildirib.
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rol oynayacaq - Allahşükür Paşazadə

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Türkiyə Dağlıq Qarabağ məsələsinin həllində mühüm rol oynayacaq. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Türkiyəyə səfəri zamanı jurnalistlərə bildirib. Trend-in məlumatına görə, xəbəri "Hürriyyət" qəzeti yazıb.

"Hesab edirik ki, Türkiyə ilə Ermənistan arasında münasibətlər yalnız Dağlıq Qarabağ məsələsi həll olunacağı halda normallaşacaq", - Paşazadə deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti