...

Azərbaycanın işğal olunmuş ərazisində erməni əsgər ölüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Avqust 2011 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hospitalda 19 yaşlı erməni hərbi qulluqçu Aqasi Abramyan ölüb.

Trend-in məlumatına görə, faktla bağlı cinayət işi qaldırılıb, təhqiqat aparılır.

Digər təfərrüatlar barədə məlumat verilmir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti