...

Rəsmi Bakı Ermənistan Prezidentini beynəlxalq təşkilatları aldatmaqda günahlandırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2011 12:18 (UTC +04:00)
Rəsmi Bakı Ermənistan Prezidentini beynəlxalq təşkilatları aldatmaqda günahlandırır.
Rəsmi Bakı Ermənistan Prezidentini beynəlxalq təşkilatları aldatmaqda günahlandırır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Rəsmi Bakı Ermənistan Prezidentini beynəlxalq təşkilatları aldatmaqda günahlandırır.

"Ermənistan Prezidenti Serj Sarkisyanın Rusiya kanalına verdiyi müsahibə zamanı Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağı barədə səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, Ermənistan beynəlxalq aləmi, BMT və ATƏT-i aldadır", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənovun sözlərinə görə, Sarkisyan tipli insanların dünya siyasətinə meydan oxumasına bu gün hələ ki göz yuman beynəlxalq təşkilatlar və beynəlxalq dünya siyasətini yürüdən
insanlar var.

"Amma belələrinin meydanının daralacağı günə çox qalmayıb", - PA rəsmisi əlavə edib.

Həsənov bildirib ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilatların sülh missiyasına və beynəlxalq təşkilatların Daqlıq Qarabağ problemini, Ermənistanın başqa dövlətlərə qarşı ərazi iddiasını aradan qaldıracağına inandığını bəyan edib.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağına ümid edir.

"Amma beynəlxalq aləm Ermənistanın qarşısında acizlik göstərdikdə və Ermənistanın bu tipli bəyanatlarına ciddi reaksiya vermədikdə Azərbaycan digər yolla öz torpaqlarını azad etmək barədə fikirləşəcək", - Həsənov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti