...

İsveç Azərbaycanlıları Konqresi erməni yalanını ifşa edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2011 10:52 (UTC +04:00)
İsveç Azərbaycanlıları Konqresi (İAK) İsveç İctimai Radiosuna və İsveç Miqrasiya Xidmətinə rəsmi məktub göndərərək Dağlıq Qarabağ münaqişəsi haqqında yalan və saxtalaşdırılmış material haqqında etirazını ifadə edib.
İsveç Azərbaycanlıları Konqresi erməni yalanını ifşa edib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

İsveç Azərbaycanlıları Konqresi (İAK) İsveç İctimai Radiosuna və İsveç Miqrasiya Xidmətinə rəsmi məktub göndərərək Dağlıq Qarabağ münaqişəsi haqqında yalan və saxtalaşdırılmış material haqqında etirazını ifadə edib. Trend-in məlumatına görə, bu barədə Konqresin çərşənbə günü yaydığı məlumatda deyilir.

Göstərilən materialda İsveçdən siyasi sığınacaq istəyən erməni ailəsi haqqında danışılır. Lakin İsveç Miqrasiya Xidməti onu yaşayış yeri ilə təmin etməkdən imtina etdiyinə görə bu ailə ölkəni tərk etməlidir.

İsveçin erməni diasporunu nümayəndəsi İsveç İctimai Radiosuna müsahibəsində iddia edib ki, Azərbaycana deportasiya olunacağı halda ailə məhv olunacaq. Materialda həmçinin erməni əhalisinin qırılması və Azərbaycandakı etnik təmizləmə barədə iftira yer alıb.

İAK İsveç İctimai Radiosuna müraciət edərək buraxılan kobud səhvin dərhal düzəldilməsini və bu materialın aşkar antiazərbaycan xarakterinin göstərilməsini tələb edib.

"Biz əminik ki, nə material müəllifi, nə də erməni diasporu göstərdikləri kobud antiazərbaycan təbliğatını əks etdirən faktları sübut edə biləcəklər", - İAK-ın məlumatında deyilir.

Konqres yol verilən səhvin dərhal süzəldilməsini və təkzib verilməsini tələb edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti