Azərbaycan, Bakı, 17 dekabr / Trend /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 16-da saat 10.45-dən 10.50-dək və 11.05-dən 11.10-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- dekabrın 17-də saat 00.10-dan 00.30-dək və 01.40-dan 01.50-dək Füzuli rayonunun Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
