Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Erməni hərbçilər Ağdam və Tərtər rayonları istiqamətində atəşkəsi pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 6-da saat 11:00-dan 11:20-dək Ağdam rayonunun Mərzili və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, yanvarın 7-də saat 00:30-dan 01:10-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.