...

Türkiyə parlamentinə Xocalı soyqırımının tanınması barədə qanun təqdim edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2012 16:11 (UTC +04:00)
Türkiyənin Milli Hərəkat Partiyasının (MHP) deputatı Sinan Oğan ölkə parlamentinə Xocalı soyqırımını tanınması barədə qanunun qəbul edilməsini təklif edib.
Türkiyə parlamentinə Xocalı soyqırımının tanınması barədə qanun təqdim edilib

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Milli Hərəkat Partiyasının (MHP) deputatı Sinan Oğan ölkə parlamentinə Xocalı soyqırımını tanınması barədə qanunun qəbul edilməsini təklif edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü deputatın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qanun layihəsi, həmçinin Türkiyənin Qars, Ərdəhan, Ağrı, İstanbul, Ankara, İzmir, Bursa, Kocaeli və Manisa şəhərlərində soyqırım qurbanlarının xatirəsinə abidələrin qoyulmasını nəzərdə tutur.

Deputat Ankaranın "Paris" adını daşıyan küçələrindən birinin "Xocalı" adlandırılmasını təklif edib.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti