...

Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyini dəyişməyəcək (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2012 18:41 (UTC +04:00)
Fransa Ali Konstitusiya Şurasının "erməni soyqırımı" haqqında qanunla bağlı qərarından asılı olmayaraq, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyi dəyişməyəcək.
Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyini dəyişməyəcək (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbirlər A.Bədəlova, E.Tariverdiyeva/

Fransa Ali Konstitusiya Şurasının "erməni soyqırımı" haqqında qanunla bağlı qərarından asılı olmayaraq, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyi dəyişməyəcək. Bu barədə cümə axşamı Azərbaycana səfəri zamanı Elzasın (Fransa) Regional Şurasının ilk vitse-prezidenti, Aşağı Reyndən olan senator Andre Reyhard Trend-ə müsahibəsində deyib.

"Fransa qaçqınların vətənə qayıtmasını dəstəkləyir və bu mövqe sabit və dəyişməzdir", - Reyhard vurğulayıb.

Konstitusiya Şurasının qərarı ilə əlaqədar olaraq, senator qeyd edib ki, hazırda hüquqi baxımdan "erməni soyqırımı" haqqında qanunun ləğv ediləcəyinə böyük ehtimal var. Buna baxmayaraq, o vurğulayıb ki, Konstitusiya Şurası müstəqil məhkəmə orqanıdır və yekun qərar haqqında danışmaq hələ çox tezdir.

Fransalı parlamentarilər qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsulliyyətini nəzərdə tutan qanun layihəsinin ləğv edilməsi tələbi ilə ölkənin Ali Konstitusiya Şurasına müraciət ediblər. Şura Fransa parlamentinin hər iki palatasının qəbul etdiyi qanun layihəsi haqqında məsələni öyrənməlidir. Bir çoxları qanun layihəsini konstitusiya və azad düşüncə ifadəsinin pozulması kimi qiymətləndirirlər.

Müxtəlif siyasi qüvvələrdən təxminən 77 senator məhkəməyə müraciət ünvanlayıb.

Reyhard hesab edir ki, Azərbaycan-Fransa münasibətləri, Şuranın qərarından asılı olmayaraq, zərər görməyəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti