...

Milli Məclis Xocalı faciəsi ilə əlaqədar dünya dövlətlərinə müraciət ünvanlayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2012 15:31 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və "Səs" qəzetinin təşkilatçılığı ilə çərşənbə günü Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
Milli Məclis Xocalı faciəsi ilə əlaqədar dünya dövlətlərinə müraciət ünvanlayacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və "Səs" qəzetinin təşkilatçılığı ilə çərşənbə günü Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə YAP Gənclər Birliyinin üzvləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirin əvvəlində "Səs" qəzeti tərəfindən çəkilmiş Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Xocalı soyqırımının ümumbəşəri bir faciə olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən millt vəkili Musa Quliyev qeyd edib ki, Azərbaycan Milli Məclisi fevralın 24-də keçiriləcək xüsusi plenar iclası zamanı Xocalı faciəsi ilə əlaqədar dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin səfirliklərinə müraciət göndərəcək.

Deputat bildirib ki, Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən terrordur və erməni vandalizminin göstəricisidir.

"Bu qətliam bizim mənəviyyatımıza vurulan bir ləkədir və bu ləkə təmizlənməlidir", - Quliyev bildirib.

Digər tədbir iştirakçıları da Ermənistanın Xocalının dinc və silahsız əhalisinə qarşı törətdiyi bu vəhşiliyi pisləyib və bunun dünya ictimaiyyətinə daha geniş çatdırılmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti