...

Meksikada "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində anım konserti keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 10:55 (UTC +04:00)
Meksikanın paytaxtı Mexiko şəhərinin ən nüfuzlu və tarixi mədəniyyət ocağı hesab edilən "Bellas Artes" sarayında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın dahi bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət anım konserti keçirilib.
Meksikada "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində anım konserti keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Meksikanın paytaxtı Mexiko şəhərinin ən nüfuzlu və tarixi mədəniyyət ocağı hesab edilən "Bellas Artes" sarayında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın dahi bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət anım konserti keçirilib. Trend-in məlumatına görə, bu barədə tədbirin təşkilatçısı olan Azərbaycanın Meksikadakı səfirliyindən cümə günü bildirilib.

Tədbirdə çıxış edən senator Xose Antonio Badia bildirib ki, Xocalıda baş vermiş hadisələr insanlıq sivilizasiyasının ən qara səhifələrindən biridir və bu dəhşətli hadisələr Azərbaycan xalqına qarşı təcavüz nəticəsində baş verib.

Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Markos Peres isə çıxışında qeyd edib ki, Meksika, öz növbəsində, xalqlar arasında sülh və dostluq münasibətləri, insan hüquqları, beynəlxalq hüququn norma və prinsipləri kimi ümumbəşəri dəyərlərə sadiq olduğu üçün Xocalı faciəsinə laqeyd qalmayıb və 2011-ci ildə Meksika Konqresində müvafiq qətnamə qəbul edilib.

Daha sonra çıxış edən səfir İlqar Muxtarov bildirib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində baş verib. Səfir bildirib ki, Ermənistan hökuməti "dənizdən dənizə böyük Ermənistan" yaratmaq barədə təcavüzkar və uydurma ideyalarına əsasən, keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-ci ildən etibarən ölkəmizə qarşı ərazi iddiaları irəli sürüb və Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal edilməsinə başlayıb.

Tədbir zamanı, "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar nəşr edilmiş ispan dilində jurnal, ispan dilində "Xocalı soyqırımı" adlı sənədli film və döş nişanları iştirakçılar arasında paylanılıb.

Xəbər lenti

Xəbər lenti