...

Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə İsveç parlamentində səsverməyə verilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2012 04:29 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə dair qətnamə müzakirə olunmaq və sonrakı səsverməyə təqdim etmək üçün İsveç parlamentinə verilib.
Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə İsveç parlamentində səsverməyə verilib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə dair qətnamə müzakirə olunmaq və sonrakı səsverməyə təqdim etmək üçün İsveç parlamentinə verilib. Trend-in məlumatına görə, bu barədə İsveç Azərbaycanlıları Konqresinə parlamentin dəftərxanasından məlumat verilib.

Qətnamənin müzakirə və səsə qoyulma tarixi bilinməsə də parlamentin ilk iclasının mart ayında keçiriləcəyi məlumdur.

Xatırladaq ki, qətnamə İsveç parlamentinin "Yaşıllar" partiyasından olan üzvü Mehmet Kaplan tərəfindən təqdim olunub. Sənəddə İsveç siyasi ictimaiyyəti və hökumətinin nəzərinə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesindəki durğunluq çatdırılır və vəziyyətdən çıxmaq üçün konkret addımlar atmaq təklif olunur.

Konqres həmçinin isveçli deputatlara müzakirə etmək üçün Xocalı soyqırımına dair 20 səhifəlik sənəd təqdim edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti