...

Çexiyada "Xocalıya ədalət – Xocalıya işıq" aksiyası keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2012 01:25 (UTC +04:00)
Praqanın mərkəzi Sülh meydanında AZƏR-ÇEX Cəmiyyətinin təşkilatçılığı, Diasporla İş Üzrə Dövlət Komitəsi və Azərbaycanın Çexiyadakı Səfriliyinin dəstəyi ilə “Xocalıya ədalət – Xocalıya işıq” aksiyası keçirilib.
Çexiyada "Xocalıya ədalət – Xocalıya işıq" aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 fevral / Trend /

Praqada Xocalı soyqırımının 20-cu ildönümü münasibətilə "Xocalıya ədalət - Xocalıya işıq" aksiyası keçirilib. Trend-in Çexiyada fəaliyyət göstərən AZƏR-ÇEX Cəmiyyətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aksiya cümə günü paytaxt Praqanın mərkəzi Namesti Miru (Sülh) meydanında cəmiyyətin təşkilatçılığı və Azərbaycanın Praqadakı səfirliyinin dəstəyi ilə keçirilib.

Müqəddəs Ludmila məbədinin qarşısında Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş açıq havada fotosərgi düzənlənmiş və Çex dilində hazırlanmış 1000-dən çox buklet və broşurlar paylanıb. Mərkəzi meydan olduğu üçün, faciə ilə yüzlərlə Çex vətəndaşı və xarici turistlər maraqlanıblar. Azərbaycan Respublikasının Çexiyadakı Səfiri Tahir Tağızadə, Xocalı İcra Hakimiyyəti 1-ci müavini Vahid Əliyev, Ostrava şəhər muzeyinin rəhbəri David Mayer nitq sözü ilə çıxış etmiş və tədbir iştirakçılarına faciə haqda məlumat veriblər.

Cəmiyyətin sədri Elşən Nəzərov çıxışında, Praqada artıq 5 ildir ki ənənə olaraq keçirilən Xocalı faciəsini anım tədbirlərindən və Lidiçe ilə Xocalı faciəsinin oxşarlığından danışıb. Bundan sonra iştirakçılar tərəfindən 1500-dən çox şamdan ibarət XOCALI sözü meydanda yazılmış və şamlar yandırılıb. Şəhər sakinlərinin də böyük marağına səbəb olmuş bu tədbir Sarı Gəlin musiqi sədaları altında uğurla başa çatıb.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti