...

İran Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır – XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2012 16:16 (UTC +04:00)
İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində və regionda sabitliyin bərpasında maraqlıdır.
İran Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır – XİN

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir T.Cəfərov/

İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində və regionda sabitliyin bərpasında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda jurnalistlərə İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Mustafa Dövlətyar bildirib.

"İran bu məsələdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləyir və vasitəçi kimi çıxış etməyə hazırdır. Tehran bu münaqişənin həllində daha böyük potensiala malikdir", - Dövlətyar deyib.

O bildirib ki, üç qonşu dövlət kimi İran, Azərbaycan və Ermənistan münaqişənin nizamlanmasında və regionda sülhün və sabitliyin bərpasında hamıdan çox maraqlıdır.

Xəbər lenti

Xəbər lenti