...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2012 09:51 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 9-da saat 10.15-dən 10.20-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi, həmçinin saat 11.50-dən 11.55-dək və martın 10-da saat 01.50-dən 02.10-dək Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti