...

Ermənistan Silahlı Qüvvələri 10 istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2012 10:14 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri 10 istiqamətdə atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələri 10 istiqamətdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 16 mart /Trend/

Ermənistan Silahlı Qüvvələri 10 istiqamətdə atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 15-də saat 13:45-dən 13:50-dək, 14:50-dən 14:55-dək, 21:20-dən 21:25-dək və 22:55-dən 23:10-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqovit və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Balacəfərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi, saat 16:20-dən 16:35-dək Ermənistan Respublikasının Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 16:55-dən 17:05-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 18:15-dən 18:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20:00-dan 22:10-dək, 21:00-dan 21:15-dək, 22:20-dən 22:40-dək və martın 16-da 02:50-dən 03:00-dək Tərtər rayonunun Çiləbürt, Qızıloba və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00:20-dən 00:30-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti