...

ABŞ Dövlət Departamenti: İran regional inkişafı qeyri-stabilləşdirməməli və ləngitməməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2012 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir S.İsayev/

İran regional inkişafın qeyri-stabilləşdirilməsinə və ləngiməsinə səbəb olmamalı və ölkə regionda sülh və sabitliyin möhkəmlənməsinə çalışmalıdır. Bu barədə ABŞ Dövlət Departamentinin İran üzrə rəsmi nümayəndəsi Alan Eyr Trend-in sualını cavablandırarkən bəyan edib.

Eyr Trend-in Fars xəbərlər xidmətinin rəhbəri Dalğa Xatınoğlu, habelə "Radio Farda" və "Amerikanın Səsi"nin nümayəndələrinin dəvət edildiyi onlayn sessiyada iştirak edib.

Dövlət Departamentinin nümayəndəsi bu bəyanatı, İrana qarşı sanksiyalara baxmayaraq, Ermənistan bu ölkə ilə əməkdaşlığı genişləndirir, Azərbaycanın işğal edilmiş və nəzarətsiz ərazilərindən narkotik və İİR-in nüvə proqramı çərçivəsində avadanlıqların tədarükü üçün istifadə etməsi ilə bağlı sualı cavablandırarkən verib.

Eyrin sözlərinə görə, İran hakimiyyəti regionda və dünyada təhlükəsizliyin bərpa edilməsində müsbət rol oynamalıdır.

Xəbər lenti

Xəbər lenti