...

Əli Əhmədov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici rol oynaya bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2012 15:59 (UTC +04:00)
Azərbaycanın ən ciddi problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya əhəmiyyətli rol oynaya biləcək dövlətlərdən biridir.
Əli Əhmədov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici rol oynaya bilər

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın ən ciddi problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya əhəmiyyətli rol oynaya biləcək dövlətlərdən biridir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov YAP-ın rəsmi saytına müsahibəsində deyib.

"Belə ki, Rusiya həm münaqişənin nizama salınması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir, həm də bu format çərçivəsində son illər olduqca fəal mövqe nümayiş etdirməkdədir. Rusiya, eyni zamanda, Ermənistana ciddi təsir imkanlarına malik olan böyük dövlət kimi münaqişənin nizamlanmasında həlledici rol oynaya bilər", - Əhmədov vurğulayıb.

Vladimir Putinin prezident seçilməsinin Rusiya-Azərbaycan münasibətlərinin təsiri məsələsinə gəldikdə isə Əhmədov qeyd edib ki, Azərbaycan iqtidarı ilə Rusiyanın fəaliyyətə başlayacaq rəhbərliyi arasında kifayət qədər səmimi münasibətlər mövcuddur.

"Bu münasibətlərin əsası ulu öndər Heydər Əliyevin zamanında qoyulub və Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə uğurla inkişaf edərək daha da möhkəmlənib. Güman edirəm ki, bundan sonra da ölkələr arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycanla Rusiya arasında gərginlik yarada biləcək hər hansı bir ciddi problem yoxdur", - Əhmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti