...

Cəbhə xəttində atəşkəs yenə də pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2012 10:27 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində atəşkəs yenə də pozulub

Azərbaycan, Bakı, 4 may / Trend müxbir K.Zərbalıyeva/

Cəbhə xəttində atəşkəs yenə də pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 3-də saat 12.10-dan 12.20-dək və 23.30-dan 23.50-dək Tərtər rayonunun Çaylı, Nəmirli və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 12.30-dan 13.15-dək və 13.00-dan 13.15-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.30-dan 11.40-dək və mayın 4-də 00.30-dan 00.40-dək Ağdam rayonunun Şıxlar və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti