Azərbaycan, Bakı, 4 may /Trend/
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 11-13-də regiona səfər edəcəklər. Bu barədə Trend "Armenia Today" saytına istinadən məlumat verir.
Mayın 11-də həmsədrlər Ermənistana gələcəklər, mayın 12-də Dağlıq Qarabağ, mayın 13-də isə Azərbaycana səfər edəcəklər.