...

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri ilə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2012 15:41 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi, səfir Anjey Kasprşiklə görüşüb.
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri ilə görüşüblər

Azərbaycan, Bakı, 12 may /Trend/

Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi, səfir Anjey Kasprşiklə görüşüb. Həmsədrlər Yerevana regional səfər çərçivəsində gəliblər. Bu barədə Trend şənbə günü "Novosti Armeniya"ya istinadən məlumat verir.

Görüş zamanı tərəflər yanvarın 23-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə bəyanatında əks olunan razılaşmaların reallaşdırılması, xüsusən insidentlərin araşdırılması mexanizmlərinin yaradılması haqqında məsələlərə toxunublar.

Xəbər lenti

Xəbər lenti