...

Ermənistan hərbiçiləri Ağdam və Goranboy istiqamətlərində atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2012 09:36 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan hərbiçiləri Ağdam və Goranboy istiqamətlərində atəşkəsi pozublar

Azərbaycan, Bakı, 24 may /Trend/

Ermənistan hərbiçiləri Ağdam və Goranboy istiqamətlərində atəşkəs rejimini pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 23-də saat 08:30-dan 08:40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 24-də saat 02:10-dan 02:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti