...

ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri üzərində işi davam etdirməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2012 14:35 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi Bakı və regiona səfər zamanı danışıqların mərkəzində olub.
ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri üzərində işi davam etdirməyə çağırır

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Bədəlova/

Dağlıq Qarabağ münaqişəsi Bakı və regiona səfər zamanı danışıqların mərkəzində olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor Bakıda keçirilən mətbuat konfransında bildirib.

"ATƏT tərəfləri əsas prinsiplər üzərində işi davam etdirməyə və güc tətbiq etməməyə, habelə qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsinə çağırır", - Gilmor qeyd edib.

Onun sözlərinə görə, münaqişə tərəfləri arasında etimad tədbirlərinin yaradılmasının vaxtı çatıb.

"ATƏT Minsk qrupunun səylərini dəstəkləyir", - o deyib.

O xatırladıb ki, ATƏT bütün qərarları konsensus əsasında qəbul edir.

"Bu, dünyada 56 üzv dövləti olan yeganə təşkilatdır ki, konsensus əsasında razılığa gəlir", - Gilmor qeyd edib.

O, həmçinin bəyan edib ki, ATƏT münaqişələrin sülh yolu ilə nizamlanması üzrə dəqiq prinsiplərə malikdir.

"Məhz buna görə də prinsiplər toplusunu yaratmışıq. Bu prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsi nizamlana bilər. Prinsiplər maraqlı tərəflərlə razılaşdırılacaq", - o deyib.

Gilmorun sözlərinə görə, ATƏT tərəflərin Dağlıq Qarabağ münaqişəsinin süh yolu ilə nizamlanmasına nail olmaları üçün işi davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti