...

XİN: Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə Bakı yenidən öz mövqeyini açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2012 12:32 (UTC +04:00)
Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçilik fəaliyyətlərini aktivləşdirməli olmaları barədə razılığa gəliblər.
XİN: Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə Bakı yenidən öz mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçilik fəaliyyətlərini aktivləşdirməli olmaları barədə razılığa gəliblər. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

"Azərbaycan öz mövqeyində qalır. Mövqemiz ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı dayanır ki, bu da münaqişəsinin nizamlanma prosesinə mane olur", - o deyib.

Abdullayevin sözlərinə görə, rəsmi Bakı görüşdə bir daha bəyan edib ki, münaqişənin nizamlanmasında tərəqqiyə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunlarının işağl edilmiş ərazilərdən çıxarılması lazımdır. Bu, bütün regionun inkişafı üçün yeni imkanlar açmağa şərait yaradacaq.

XİN rəsmisi qeyd edib ki, tərəflər vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində yaxın müddətdə regiona səfər edəcəkləri barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti