...

Ziyafət Əsgərov: Azərbaycan bütün mümkün vasitələrdən istifadə edərək torpaqlarını azad edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2012 16:28 (UTC +04:00)
Azərbaycan bütün mümkün vasitələrdən istifadə edərək, hətta müharibə yolu ilə torpaqlarını azad edəcək.
Ziyafət Əsgərov: Azərbaycan bütün mümkün vasitələrdən istifadə edərək torpaqlarını azad edəcək

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan bütün mümkün vasitələrdən istifadə edərək, hətta müharibə yolu ilə torpaqlarını azad edəcək. Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov ATƏT-in baş katibi Lamberto Zannierlə görüşdə deyib.

"20 ildir ki, ATƏT, BMT TŞ, Avropa İttifaqı, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərmək istəyir. Bir şeyi anlamalıyıq ki, təcavüzkarla təcavüzə məruz qalana fərq qoyulmayana qədər bu problem öz həllini tapmayacaq. Ən başlıcası, təcavüzkar Ermənistana təyziqlər artırılmalıdır. Bu belə olmasa, Ermənistan yenə də beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayacaq", - Əsgərov bildirib.

ATƏT-in baş katibi Azərbaycan ilə ATƏT arasında əlaqələri yüksək qiymətləndirib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo belə davam edə bilməz, dəyişməlidir.

Zannier, eyni zamanda, təmas xəttində baş verən hadisələrlə bağlı narahatlığını bildirib və qeyd edib ki, ATƏT cəbhə xəttində monitorinqin gücləndirilməsi, snayperlərin geri çəkilməsi ilə bağlı təklif hazırılayıb.

Xəbər lenti

Xəbər lenti