...

Ötən ay Azərbaycanda 380-ə yaxın PHS və mina aşkar edilərək zərərsizləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2012 15:14 (UTC +04:00)
2012-ci ilin iyun ayı ərzində Azərbaycanda 2,394,629 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Ötən ay Azərbaycanda 380-ə yaxın PHS və mina aşkar edilərək zərərsizləşdirilib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir M.Əliyev/

2012-ci ilin iyun ayı ərzində Azərbaycanda 2,394,629 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, iyun ayında 323 PHS və 27 ədəd piyada və 28 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 195,387,440 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 672,111-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Tovuz, Göygöl, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

2012-ci ilin iyun ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti