...

Elmar Məmmədyarov: Azərbaycanın və Ermənistanın XİN rəhbərləri Nyu-Yorkda görüşə bilərlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2012 14:08 (UTC +04:00)
Azərbaycanın və Ermənistanın XİN rəhbərlərinin növbəti görüşü Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tuta bilər.
Elmar Məmmədyarov: Azərbaycanın və Ermənistanın XİN rəhbərləri Nyu-Yorkda görüşə bilərlər

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın və Ermənistanın XİN rəhbərlərinin növbəti görüşü Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tuta bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, belə bir təkliflə ATƏT-in Minsk qrupunun həmsədrləri çıxış ediblər.
"Həmsədrlər habelə Azərbaycanın və Ermənistanın XİN rəhbərləri ilə ayrıca görüşlərin keçirilməsini də planlaşdırırlar", - Məmmədyarov deyib.

Xəbər lenti

Xəbər lenti