...

Rumıniya Dağlıq Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2012 16:59 (UTC +04:00)
Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend-ə daxil olan məlumata görə, Rumıniya Xarici İşlər Nazirliyi iyulun 19-da qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilən "prezident seçkiləri"nə dair bəyanat yayıb.
Rumıniya Dağlıq Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir M.Əliyev/

Rumıniya Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni tanımır.

Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend-ə daxil olan məlumata görə, Rumıniya Xarici İşlər Nazirliyi iyulun 19-da qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilən "prezident seçkiləri"nə dair bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Xarici İşlər Nazirliyi 19 iyul 2012-ci il tarixində separatçı Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident seçkiləri"ni qanunsuz hesab edir.

"Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunun müstəqilliyini tanımamaqla bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir. Xarici İşlər Nazirliyi eyni zamanda, ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin fəaliyyətini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının asanlaşdırılmasında birgə səylərini dəstəklədiyini bir daha bəyan edir və münaqişənin danışıqlar yolu ilə həllinin tapılmasında müvafiq tərəfləri öz səylərini artırmağa təşviq edir", - bəyanatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti