...

XİN: Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfərlər dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2012 12:15 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
XİN: Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfərlər dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfərlər dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir

Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

Abdullayev bildirib ki, bu məsələ daim dövlətin diqqətindədir.

"Biz buna hər zaman reaksiya verib öz etirazımızı bildiririk. Dünya ictimaiyyəti Azərbaycanın prinsipial mövqeyini başa düşür. Biz belə səfərlərə kəskin reaksiya verib qəti mövqeyimizi ortaya qoyuruq", nazirlik sözçüsü deyib.

Abdullayevin sözlərinə görə, Azərbaycan bununla bağlı kəskin mövqeyini bundan sonrada davam etdirəcək.

"Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət olunmalıdır. Bu məsələ ilə bağlı Azərbaycan xaricdəki əfirliklərinə müvafiq təlimatlar verilib", mətbuat katibi deyib.

Qeyd edək ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ayrı-ayrı dövlətlərin rəsmi şəxsləri, KİV nümayəndələri icazəsiz səfərlər edirlər.

Xəbər lenti

Xəbər lenti