...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Avqust 2012 13:32 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 29-da Azərbaycan Respublikasının Qazax rayonu Cəfərli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib və monitorinq baş tutub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 29-da Azərbaycan Respublikasının Qazax rayonu Cəfərli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib və monitorinq baş tutub.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və səhra köməkçisi Antal Herdiç keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və ofisin əlaqələndiricisi Piter Ki keçiriblər.

Xəbər lenti

Xəbər lenti