Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması region və Avropanın marağındadır. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə birgə Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.
"Böyük Britaniya istəyir ki, ATƏT-in Minsk qrupu çərçivəsində sülh prosesi Ermənistan və Azərbaycan arasında sülh yaratsın", - o deyib.
Lidinqtonun sözlərinə görə, münaqişənin nizamlanması Böyük Britaniyanın da marağındadır. "Azərbaycanda Böyük Britaniyanın xeyli kommersiya maraqlarının olması faktı göstərir ki, Britaniyanın sülhə və Cənubi Qafqazda sabitliyə yardım etməyə aşkar marağı var. Bu region Avropa məkanı üçündür", - nazir qeyd edib.