...

Dağlıq Qarabağ münaqişəsi ABŞ-da müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2012 12:18 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Dağlıq Qarabağ münaqişəsi ABŞ-da müzakirə olunub

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə Ermənistanın "Mediamaks" informasiya agentliyi xəbər verib.

Görüşdə Dağlıq Qarabağ ətrafında danışıqlar prosesi müzakirə olunub.

Ermənistan XİN-in rəhbəri ABŞ dövlət katibinin köməkçisi Filip Qordonla da görüşüb. Onlar ikitərəfli münasibətləri, Qarabağ nizamlamasını və sülh prosesində yaranmış vəziyyəti müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti