...

AŞPA-nın sabiq prezidenti: Ermənistan tərəfi AŞPA-nın Dağlıq Qarabağla bağlı Alt komitəsinin fəaliyyətinə daim əngəllər törətmək istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2012 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan tərəfi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Dağlıq Qarabağla bağlı Alt komitənin fəaliyyətinə daim əngəllər törətmək istəyir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda jurnalistlərə Türkiyə parlamentinin üzvü, AŞPA-nın sabiq prezidenti Mövlud Çavuşoğlu deyib.

"Ermənilərin maneçiliyinə baxmayaraq, Dağlıq Qarabağ məsələsi daima AŞPA-nın gündəliyindədir. AŞPA insan haqları və demokratiyanı müdafiə edən təşkilatdırsa, Ermənistandan didərgin düşmüş, Xocalı soyqırımına məruz qalmış insanların hüquqları niyə həll olunmur?", - Çavuşoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti