...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri 6 istiqamətdə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Noyabr 2012 09:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri 6 istiqamətdə atəşkəs rejimini pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, işğal olunmuş Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti