...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2012 09:41 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşib

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Mosesqerx kəndində, işğal olunmuş Ağdam rayonunun Şıxlar və Qaraqaşlı, Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti