...

Sergey Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına yardım göstərməyi davam etdirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2012 15:11 (UTC +04:00)
Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına yardım göstərməyi davam etdirəcək.
Sergey Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına yardım göstərməyi davam etdirəcək

İrlandiya, Dublin, 6 dekabr /Trend, xüsusi müxbir E.Hüseynov/

Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına yardım göstərməyi davam etdirəcək. Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclasının açılışında deyib.

"Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının münaqişə tərəflərinin sülh danışıqlarından başqa digər variantını görümürük və həmsədrlərin bu məsələ ilə bağlı təklifi məlumdur", - Lavrov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti