...

İran Prezidentinin müşaviri: Dağlıq Qarabağ ərazisində məscidlərin, tarixi abidələrin dağıdılması qəbuledilməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2012 11:32 (UTC +04:00)
Dağlıq Qarabağ ərazisində məscidlərin, tarixi abidələrin dağıdılması qəbuledilməzdir.
İran Prezidentinin müşaviri: Dağlıq Qarabağ ərazisində məscidlərin, tarixi abidələrin dağıdılması qəbuledilməzdir

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir T.Cəfərov /

Dağlıq Qarabağ ərazisində məscidlərin, tarixi abidələrin dağıdılması qəbuledilməzdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan İran Prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad keçirdiyi mətbuat konfransında deyib.

"Dünyanın harasında baş verməsindən asılı olmayaraq, biz belə hərəkətləri pisləyirik. Tarixi abidələrə hörmətlə yanaşılmalıdır", - müşavir bildirib.

İki ölkə arasındakı əlaqələrə toxunan Xürrəmşad qeyd edib ki, İran hökumətinin mövqeyi Azərbaycanla əlaqələri inkişaf etdirməkdir.

"Ümid edirəm ki, əlaqələrin inkişaf etdirilməsi iradəsi gücləndiriləcək və kənar qüvvələr tərəfindən yaradılan problemlər həll olunacaq", - o, deyib.

Xürrəmşad, həmçinin qeyd edib ki, İranda hansısa din xadiminin açıqlaması dövlətin mövqeyini əks etdirmir.

Onun sözlərinə görə, bu din xadimləri hətta İran hökumətinin fəaliyyətini, cəmiyyətdəki müəyyən tendensiyaları tənqid edirlər.

"Hər dövlətin siyasi xətti onun daxili işidir. Bu məsələdə İranda deyilənləri bizim dövlətimizin mövqeyi kimi qiymətləndirmək düzgün deyil. Həmçinin Azərbaycanda ictimai qurumların fikirləri dövlətin mövqeyi kimi dəyərləndirilmir", - Xürrəmşadın deyib.

İran Prezidentinin müşaviri Azərbaycan Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovla görüşdüyünü diqqətə çatdırıb və bildirib ki, görüşdə əməkdaşlıq istiqamətləri, qonşuluq əlaqələrinin tarixi köklərə əsaslanaraq inkişaf etdirilməsi, o cümlədən qarşıya çıxan problemlərin həlli məsələləri müzakirə mövzusu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti