...

Novruz Məmmədov: Ermənistan Prezidenti Serj Sarkisyanın bəyanatı seçkiqabağı kampaniyadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2013 10:40 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın bəyanatı seçkiqabağı kampaniyadır və öz xeyrinə səs yığmağa yönəlib. Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti xalqdan öz marağı üçün istifadə edir.
Novruz Məmmədov: Ermənistan Prezidenti Serj Sarkisyanın bəyanatı seçkiqabağı kampaniyadır

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir M.Əliyev/

Ermənistan Prezidenti Serj Sarkisyanın bəyanatı seçkiqabağı kampaniyadır və öz xeyrinə səs yığmağa yönəlib. Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti xalqdan öz marağı üçün istifadə edir. Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Sarkisyanın Yerevanda Azərbaycanın ünvanına mənfi çıxışını şərh edərkən deyib.

"Serj Sarkisyanın bu bəyanatı hakimiyyətdə qalması üçün Dağlıq Qarabaq münaqişəsindən istifadə etdiyini göstərir. Ona görə də bütün günahları Azərbaycanın üzərinə atır. Lakin bütün beynəlxalq ictimaiyyət və bəzi erməni dairələri də başa düşürlər ki, münaqişə ilə bağlı məsuliyyət Yerevanın üzərinə düşür. Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına çalışır və bunu beynəlxalq birliyə nümayiş etdirir", - Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti