...

"Vodafone Qatar" şirkəti "Karabakh Telekom" ilə rouminq müqaviləsini ləğv etdiyini təsdiqlədi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2013 14:42 (UTC +04:00)
Azərbaycanın Qətər Dövlətindəki səfirliyindən verilmiş məlumata əsasən, Qətərin "Vodafone Qatar" mobil operatorunun Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telekom" şirkəti ilə rouminq müqaviləsinin olduğu müəyyən olunub.
"Vodafone Qatar" şirkəti "Karabakh Telekom" ilə rouminq müqaviləsini ləğv etdiyini təsdiqlədi

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Azərbaycanın Qətər Dövlətindəki səfirliyindən verilmiş məlumata əsasən, Qətərin "Vodafone Qatar" mobil operatorunun Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telekom" şirkəti ilə rouminq müqaviləsinin olduğu müəyyən olunub.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar, məsələ səfirlik tərəfindən Qətərin Xarici İşlər Nazirliyi və İnformasiya və Kommunikasiya Texnologiyaları Ali Şurası qarşısında qaldırılıb və rouminq müqaviləsinin ləğvi istənilib.

Həmçinin, səfirlik "Vodafone Qatar" şirkətinin nümayəndələri ilə görüş keçirib, Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişənin doğurduğu nəticələr, işğal faktı haqqında məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti