...

NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunması təklif olunur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2013 12:37 (UTC +04:00)
NATO bütün regional və beynəlxalq prosesləri izləmək, onlara nəzarət etmək üçün real səlahiyyət və kontingentə malikdir.
NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunması təklif olunur

Azərbaycan, Bakı, 27 may / Trend, müxbir M.Əliyev/

NATO bütün regional və beynəlxalq prosesləri izləmək, onlara nəzarət etmək üçün real səlahiyyət və kontingentə malikdir. Bu səbəbdən qurumun Dağlıq Qarabağ probleminin həllinə cəlb olunması vacibdir.

Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc bildirib.

Millət vəkili hesab edir ki, Parlamentdə NATO ilə münasibətlər üzrə fəaliyyət xüsusi bir komitə səviyyəsində olmalıdır və NATO-ya gedən yola dair xəritə hazırlanmalıdır:

Mill Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olan Zahid Oruc qeyd edib ki, hazırda Azərbaycanın NATO ilə daha fəal təmaslarına ehtiyac var:

"Qoşulmama hərəkatına üzv olsaq da, dünyanın hazırda alternativsiz hərbi siyasi çətiri, təhlükəsizlik formatı məhz NATO-dur. Əgər Azərbaycan Rusiyanın qurduğu hərbi paktlara daxil olmayıbsa və eyni zamanda bölgədə İsveçrə kimi neytrallıq həyata keçirmək mümkün deyilsə, NATO ilə münasibətləri sıx və intensiv qurmaq üçün gələcək səylərimizi artırmalıyıq".

Zahid Oruc deyib ki, NATO-nun Dağlıq Qarabağ münaqişəsinə, həmçinin Azərbaycana olan münasibətindən narahat olmağa dəyməz:

"NATO kimi qurum bilir ki, bu bölgədəki problemlər hardan qaynaqlanır və bu səbəbdən aşkar şəkildə münaqişəyə girişmək istəmir. Amma qurumun Vaşinqton və İstanbul sammitində Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən, öz müqəddəratını təyin etmək prinsipini ümumiyyətlə yaxına buraxmayan sənədlər qəbul edib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı imzalanacaq hər hansı bir saziş müəyyən qüvvənin vasitəsi ilə həyata keçirilməlidir. Orada NATO yada düşəcək, çünki ATƏT-in hərbi strukturu mövcud deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti