...

Azərbaycan ərazilərinin Ermənistan tərəfdən atəşə tutulması davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2013 10:41 (UTC +04:00)
Cəbhə bölgəsində qoşunların təmas xətiində gərginlik davam edir.
Azərbaycan ərazilərinin Ermənistan tərəfdən atəşə tutulması davam edir

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Cəbhə bölgəsində qoşunların təmas xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk və Berd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy və Tovuz rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Kəngərli, Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti